Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi ENDİRİLDİ

09:38 04.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib.

Hafta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

Bildirilib ki, davam edən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilib.